logo

ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım ayırıb

22:22 06-01-2023 | icon 2023
ABŞ Ukraynaya 3 milyard dollarlıq hərbi yardım ayırıb

ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyera məlumat verib.

"Dövlət Departamentinin həmkarları bu paket haqqında daha sonra ətraflı danışacaqlar. Lakin bu paketə dünən elan etdiyimiz "Bradley" döyüş maşınları, özüyeriyən haubitsalar, yer-hava raketləri, digər avadanlıq və sursatların daxil olacağı gözlənilir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, 225 milyon dollar Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə yönəldiləcək.