logo

Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

21:11 06-01-2023 | icon 2709
Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Azərbaycan Həndbol FederasiyasındanYeniAvropa-ya bildiriblər ki, təsnifat turnirində millimiz ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta yığmaları da mübarizə aparacaqlar.

Millimiz ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Həndbolçularımız ertəsi gün Böyük Britaniya, ayın 15-də isə Kipr yığmaları ilə güclərini sınayacaqlar.