logo

Şuşa, Kəlbəcər və Laçında güclü qar yağacaq,15° şaxta olacaq

14:45 06-01-2023 | icon 945
Şuşa, Kəlbəcər və Laçında güclü qar yağacaq,15° şaxta olacaq

 Şuşa, Kəlbəcər, Laçında  yanvarın 7-dən 8-nə keçən gecədən başlayaraq yanvarın 12-dək hava şəraitinin dəyişəcəyi, arabir qar yağacağı gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Məlumata əsasən qarın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyinin sürəti 5-10 metr/saniyə, arabir 15 metr/saniyə olacaq.

Havanın temperaturu gecə 10-15°, gündüz 5-7° şaxta olacaq. Yollar buz bağlayacaq.

Yanvarın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Lakin gecəyə doğru arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 metr/saniyə olacaq.

Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2°-dək isti olacaq.

Yanvarın 8-də arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 2-4° şaxta olacaq.

Yanvarın 9-da arabir qar yağacağı, duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 3-5° şaxta olacaq.