logo

Bakıda 24 restoran və şadlıq sarayı atmosferi zəhərləyir

13:56 06-01-2023 | icon 910
Bakıda 24 restoran və şadlıq sarayı atmosferi zəhərləyir

Bakı şəhərinin inzibati ərazisində yerləşən 49 ictimai iaşə obyekti və şadlıq sarayından 24-də atmosferə atılan zərərli tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici qurğuların quraşdırılmadığı və atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu aşkarlanıb. Həmçinin qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Sumqayıt şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən 40 şadlıq sarayı və ailəvi istirahət mərkəzlərindən 15-də atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu aşkarlanıb: "Qalan 25 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu, Gəncə şəhərində 3 şadlıq sarayında atmosfer havasına atılan zərərli maddələrin miqdarının yol verilən normadan artıq olduğu, 8 şadlıq sarayı və ictimai iaşə obyektində isə atmosferə atılan zərərli maddələrin qarşısının alınması məqsədilə quraşdırılmış qaz-toztutucu qurğuların istismar qaydalarına riayət edildiyi və atmosfer havasına atılan tullantıların yol verilən hədd daxilində olduğu müəyyən edilib.

Qanunvericiliyin pozulması halları aşkar edilmiş obyektlərin sahibləri barəsində inzibati protokollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunmuş, atmosfer havasının mühafizəsi məqsədilə müvafiq təmizləyici qurğuların quraşdırılması barədə onlara məcburi göstərişlər verilib və xəbərdarlıq məktubları göndərilib. 2021-ci ildə Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 79 şadlıq sarayında və ictimai iaşə obyektində analoji monitorinqlər keçirilib. Aparılmış ölçmə işləri nəticəsində 34 şadlıq sarayında və restoranda ətraf mühitə atılan tullantının miqdarının yol verilən həddən artıq olduğu müəyyən edilib. Qeyd olunan obyektlərin sahibləri barəsində inzibati protokollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub. Qalan 45 obyektdə ətraf mühitə atılan tullantının miqdarı yol verilən hədd daxilində olunub.

Sumqayıt şəhəri və Abşeron rayonu üzrə 45 şadlıq sarayı, ictimai iaşə və ailəvi istirahət mərkəzlərindən 5 şadlıq sarayında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olduğu, qalan 40 obyektdə qaz-toztutucu qurğular quraşdırıldığından zərərli maddələrin miqdarının norma daxilində olduğu müəyyən edilib".

Hikmət Əlizadə bildirib ki, Gəncə şəhərində 18, Naftalan şəhəri, Goranboy və Samux rayonlarının ərazilərində 5, Göygöl rayonu ərazisində 6 ictimai iaşə və şadlıq sarayında qaz-toztutucu qurğuların olduğu müəyyən edilib: "Sözügedən obyektlərdə qurğuların işlək və saz vəziyyətdə saxlanılması üçün mütəmadi olaraq filtrlərin təmizlənməsi işləri həyata keçirilir.

Qanunvericiliyin pozulması halları aşkar edilmiş həmin obyektlərin sahibləri barəsində inzibati protokollar tərtib edilərək hər biri vəzifəli şəxs qismində 2000-2500 manat məbləğində cərimə olunub".