logo

Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək

13:33 06-01-2023 | icon 735
Bu il Azərbaycanda 3 milyon ağac əkiləcək

Regionlarda 14 meşə təsərrüfatı mərkəzi var və 7 region meşə tinglik mərkəzi yaradılıb.

YeniAvropa xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 5 tondan yuxarı 21 cins ağac toxumları səpilib: "Cari ildə 3 milyon ağacın əkilməsi planlaşdırılır. 2022-ci ildə 1374 hektar ərazidə yeni meşələrin salınması işləri aparılıb. Ümumi olaraq salınmış meşələrdə 5 il müddətində xidmət göstərilir. Növbəti illərdə yeni meşələrin salınması prosesi davam edəcək. 2023-cü il üzrə konkret planlar var. 1200 hektar ərazidə əkin işləri aparacağıq. Bu istiqamətdə müvafiq işlərə başlanılıb".