logo

Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

20:40 05-01-2023 | icon 1673
Ərdoğan Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Twitter" hesabında məlumat paylaşıb.

Söhbət zamanı müzakirə mövzularından biri Rusiya Federasiyası ilə Ukrayna arasında sülh prosesində Ankaranın vasitəçiliyi olub.

"Mən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdım. Biz təhlükəsizlik sahəsində əməkdaşlıq, əsirlərin mübadiləsi, “taxıl dəhlizi”nin inkişafını müzakirə etdik. Türkiyənin bizim “sülh formulu”nun həyata keçirilməsində iştirak etməyə hazır olduğunu eşitmək məni çox sevindirdi”, - deyə Zelenski paylaşımında qeyd edib.