logo

Putin Ərdoğana Ukrayna ilə ciddi dialoqa hazır olduğunu deyib

16:16 05-01-2023 | icon 1456
Putin Ərdoğana Ukrayna ilə ciddi dialoqa hazır olduğunu deyib

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində ölkəsinin Ukrayna müharibəsi ilə bağlı ciddi dialoqa hazır olduğunu bir daha təsdiqləyib.

YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın Ukrayna müharibəsində vasitəçilik təkliflərinə cavab olaraq V.Putin Rusiyanın dəfələrlə səsləndirilmiş tələblər və “yeni ərazilər” də nəzərə alınmaqla rəsmi Kiyevlə danışıqlara hazır olduğunu bildirib.

Tərəflər, həmçinin Türkiyədə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in inşası və digər məsələləri müzakirə ediblər.