logo

Bakı daha bir Avropa çempionatına ev sahibliyi edəcək

12:52 05-01-2023 | icon 2898
Bakı daha bir Avropa çempionatına ev sahibliyi edəcək

İyirmi iki yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.

YeniAvropa Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabra təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə dəqiqləşəcək.

Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.

Qeyd edək ki, Azərbaycan millisi sonuncu U-22 Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.