logo

Fevralda İstanbulda beynəlxalq qaz konfransı keçiriləcək

22:12 04-01-2023 | icon 1925
Fevralda İstanbulda beynəlxalq qaz konfransı keçiriləcək

Avropaya qaz tədarükçüləri və istehlakçılarının iştirakı ilə gələn ay İstanbulda beynəlxalq konfrans keçiriləcək.

YeniAvropa  TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin energetika naziri Fatih Dönməz deyib.

Nazir daha əvvəl bildirib ki, qarşıdakı görüşdə Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin (hab) yaradılması məsələsinin müzakirəsi planlaşdırılır. Onun sözlərinə görə, onun vasitəsilə təkcə Rusiya təbii qazının deyil, Türkiyəyə gələn digər ölkələrin enerji daşıyıcılarının da nəqli planlaşdırılır. Hazırda Türkiyə 12 ölkədən mavi yanacaq alır. Nazir, həmçinin qeyd edib ki, Türkiyə hab daxilində bağlanacaq əməliyyatlara hər hansı məhdudiyyət və ya nəzarət tətbiq etmək niyyətində deyil.