logo

Ukrayna BMT-dən Zaporojye AES-i qorumaq üçün sülhməramlılar göndərmək istəyib

20:50 04-01-2023 | icon 1414
Ukrayna BMT-dən Zaporojye AES-i qorumaq üçün sülhməramlılar göndərmək istəyib

Ukrayna Birləşmiş Millətlər Təşkilatından(BMT) Zaporojye Atom Elektrik Stansiyasını qorumaq üçün Rusiya ilə razılaşmadan belə sülhməramlılar göndərməyi xahiş edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Qeyd edilib ki, rəsmi Kiyev sülhməramlı kontingentlə bağlı artıq BMT-yə müraciət ünvanlayıb.

Qeyd edək ki, Ukrayna ötən ilin sentyabrından əraziyə BMT sülhməramlılarının göndərilməsini tələb edir.