logo

İdmana gedən 14 yaşlı qız itkin düşdü

14:59 08-08-2018 | icon 4620
İdmana gedən 14 yaşlı qız itkin düşdü

Paytaxtda yeniyetmə qız itkin düşüb. YeniAvropa xəbər verir  ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 139, mənzil 56-da yaşayan, 1984-cü il təvəllüdlü Akimova Anastasiya Vasilievna Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2004-cü il təvəllüdlü Akimova Ləman Elçin qızı avqustun 4-də səhər saat 9 radələrində yaşadıqları ünvandan Nizami rayonu ərazisindəki "Məşəl" İdman Cəmiyyətinə idman dərslərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsində araşdırma aparılır. (Trend)