logo

Messi "İlin ən yaxşı futbolçusu"dur

14:21 04-01-2023 | icon 2254
Messi "İlin ən yaxşı futbolçusu"dur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

YeniAvropa xəbər verir ki, bu ada Argentina millisinin kapitanı Lionel Messi layiq görülüb.

PSJ-nin hücumçusu səsvermənin nəticəsində bütün rəqiblərini qabaqlayıb. Hücumçu 275 xalla ötən ilin ən yaxşısı elan edilib.

Sıralamada ikinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub (35 xal).