logo

Azərbaycan nefti 87,99 dollara satılır

11:11 04-01-2023 | icon 2107
Azərbaycan nefti 87,99 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 9 sent azalaraq 87,99  ABŞ dolları təşkil edib.

Azərbaycan neftinin maksimum satış qiyməti bu il martın 9-də qeydə alınıb. Neftin 1 bareli 135,99 ABŞ dollarına satılıb.  

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib