logo

Paytaxtda yaşayış binasında partlayış: Polis işçisi həlak olub

17:17 02-01-2023 | icon 8232
Paytaxtda yaşayış binasında partlayış: Polis işçisi həlak olub

Paytaxtın Binəqədi rayonunda Cavadxan küçəsində yerləşən 18 mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə, ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayışın baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb. Partlayışda həyatını itirən polis nəfəri Məhəmməd Babayev olub. O, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.

Əlavə məlumat veriləcək.