logo

Sabah Şəmkirin bir hissəsində qaz olmayacaq

14:14 29-12-2022 | icon 1393
Sabah Şəmkirin bir hissəsində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt yüksəktəzyiqli magistral qaz kəmərində (304,5-ci kilometrdə) görüləcək təmir işləri ilə əlaqədar, dekabrın 30-da saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 Əhali”, “Şəmkir-2 Sənaye”, “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İB-dənYeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.