logo

"Anadolu atəşi" Bakıda möhtəşəm şou göstərəcək

13:54 29-12-2022 | icon 6440
"Anadolu atəşi" Bakıda möhtəşəm şou göstərəcək

2023-cü il fevralın 8-də “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, ansamblın öz qeyri-adi şou proqramında yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.

Qeyd edək ki, 2002-ci ildən qastrol səfərlərinə başlayan ansambl bütün dünyanı gəzir. Şounu 45 ölkədə 106 milyondan çox tamaşaçı izləyib. Türkiyənin "Anadolu atəşi" rəqs ansamblı daim dünya miqyaslı mərasimlərdə, tədbirlərdə də qonaq qismində iştirak edir. Kollektiv “Ginnesin rekordlar kitabı”nda iki dəfə qeyd olunub. Rəqsin ən sürətli ifası və ən böyük tamaşaçı kütləsi (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı) kollektivin bu günə qədər qazandığı uğurlardandır. "Anadolu atəşi” rəqs ansamblı bir neçə dəfə Azərbaycanda öz möhtəşəm proqramları ilə çıxış edib və böyük auditoriyanın rəğbətini qazanıb.