logo

QHT Agentliyi qrant müsabiqəsinin nəticələrini elan etdi

13:13 29-12-2022 | icon 1519
QHT Agentliyi qrant müsabiqəsinin nəticələrini elan etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə qrant müsabiqələrinin nəticələrini elan edib.

Agentlikdən YeniAvropa-ya bildirilib ki,qrant müsabiqəsinə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” üzrə 66, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” üzrə 105 layihə təqdim edilib.

Onlardan “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər”ndə 31 fərdi, 7 koalisiya üzrə, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri”ndə isə 47 fərdi, 8 koalisiya istiqamətində layihələrin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Qaliblərin siyahısı ilə bu link vasitəsilə https://ngogrant.az/post/63ad320c4286c5ad39474a7b tanış olmaq mümkündür.