logo

Suraxanının polis rəisi Naxçıvana daxili işlər naziri təyin edilib

20:40 28-12-2022 | icon 1176
Suraxanının polis rəisi Naxçıvana daxili işlər naziri təyin edilib

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib.

YeniAvropa xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də sərəncam imzalayıb.

Qeyd edək ki, polis polkovniki Süleyman Neymətov bu təyinatadək Bakının Suraxanı rayon Polis İdarəsinin rəisi vəzifəsində xidmət edirdi.

Azər Zeynalovun imzaladığı digər bir sərəncamla Rəşad İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.