logo

Yeni ilin ilk günlərində gözlənilən hava şəraiti

17:47 28-12-2022 | icon 1148
Yeni ilin ilk günlərində gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidməti Qış istirahət günlərində - 2022-ci il 31 dekabr, 2023-cü il yanvarın 1, 2 və 3-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

YeniAvropa Xidmətə istinadla xəbər verir ki,  Şahdağda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyinin sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturu gecə 5-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Qəbələ rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq.

Quba, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq.

Balakən, Şəki, Zaqatala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 7-10° isti olacaq.

Göygöl rayonunda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq.