logo

Azərbaycan Xankəndidən Ermənistana xəstə aparılmasına BQXK-ya razılıq verib

10:10 28-12-2022 | icon 2499
Azərbaycan Xankəndidən Ermənistana xəstə aparılmasına BQXK-ya razılıq verib

Dekabrın 28-də Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) üç nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycan tərəfinə müraciət edib.

YeniAvropa xəbər verir ki,  müraciətdə xəstələri 2 nəfər ailə üzvünün və 2 nəfər tibb heyətinin müşayiət edəcəyi, onlardan əlavə BQXK-yə məxsus 3 ədəd “Toyota Land Cruiser” markalı avtomobildən ibarət karvanda 3 nəfər sürücü və 1 nəfər BQXK nümayəndəsinin olacağı bildirilib.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Qeyd edək ki, avtomobil karvanı bu gün Ermənistandan Xankəndiyə qayıdacaq və qayıdarkən baqaj hissəsində Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.