logo

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 17-ci günü

09:32 28-12-2022 | icon 917
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 17-ci günü

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 17 gündür davam edir.

YeniAvropa xəbər verir ki, səhər saatlarında havanın şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunub. İştirakçılar hər zaman olduğu kimi bu gün səhər də Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarının əks olunduğu plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.