logo

Eks-prezidentinin qızının bir milyard dollarlıq əmlakına həbs qoyub

20:50 27-12-2022 | icon 2436
Eks-prezidentinin qızının bir milyard dollarlıq əmlakına həbs qoyub

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.

Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.