logo

3693 Vətən müharibəsi iştirakçısına əllilik dərəcəsi verilib

17:57 27-12-2022 | icon 1162
3693 Vətən müharibəsi iştirakçısına əllilik dərəcəsi verilib

Postmüharibə dövründə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mühüm fəaliyyət istiqamətlərindən biri də Vətən müharibəsi iştirakçılarının əlilliyinin qiymətləndirilməsi olub. Ağır yaralılar kimi qiymətləndirilən Müdafiə Nazirliyi və digər güc strukturlarının hərbi həkim komissiyaları tərəfindən şəhadətləndirilənlərin sayı 5 min 457 nəfər olub. Onlardan 3 min 693 nəfərə əlillik dərəcəsi təyin olunub.

YeniAvropa xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.