Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən “FZ-8637” reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, “Boeing 737 MAX” təyyarəsi yerli vaxtla saat 12:03-də Bakı hava limanında eniş edib.