logo

Daxili İşlər Nazirliyi 20 Yanvar dairəsində aksiya barədə məlumat yayıb

15:35 26-12-2022 | icon 1197
Daxili İşlər Nazirliyi 20 Yanvar dairəsində aksiya barədə məlumat yayıb

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev YeniAvropa-ya bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.