logo

"İnterpol"la axtarılan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

14:12 26-12-2022 | icon 1358
"İnterpol"la axtarılan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycanın vətəndaşları Əzizov Aydın Əjdər oğlu, Əskərov Mirsadiq Rakif oğlu, Bağırov Fərid Ümüdvar oğlu, Həsənov Pünhan Camal oğlu, Yusifov Taleh Rəşid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarış elan edilib.

Dekabrın 21-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə yuxarıda göstərilən şəxslər Rusiyadan Azərbaycana gətirilib.