logo

İrandan Azərbaycana 10 kq  narkotika keçirmək istədilər

11:55 26-12-2022 | icon 1050
İrandan Azərbaycana 10 kq  narkotika keçirmək istədilər

Dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nın mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kiloqram 620 qram “marixuana” və 2 kiloqram 20 qram “tiryək”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.