logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

11:11 26-12-2022 | icon 1113
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 75 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45,o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə səkkiz nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.