Taleh Yusifov Azərbaycana ekstradisiya edilib-DTX
Dövlət Təhlükəsizliyi Xidmətində(DTX) İran xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri aparılır.
DTX-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ibtidai istintaq zamanı, 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilmişdir), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib.
Taleh Yusifov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub və o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana ekstradisiya edilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam edir.
Cevdet Yılmaz Türkiyənin vitse-prezidenti vəzifəsinin icrasına başlayıb
Naxçıvanda aqroparklar yaradılacaq
Azərbaycanda daha 1 nəfər koronavirusa yoluxub
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək
Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiqlənib
Ermənistan Türkiyə ilə danışıqlarda heç bir ilkin şərt irəli sürməyib
İranda saxlanılan Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır
Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı istintaq davam edir
Əli Əsədov Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
İyulda Moskvada üçtərəfli formatda növbəti görüş keçiriləcək
II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılışı olub
Sabah Bakıda arabir yağış yağacaq, 28° isti olacaq
Regionda sülhün əldə edilməsi qaçılmazdır-Ceyhun Bayramov
Müdafiə Nazirliy artilleriya rəislərini toplayıb
"Əziz Şuşa" beynəlxalq velosiped turniri keçiriləcək
Azərbaycanda vahid məktəbli formasına keçilir
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb
İşğaldan azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb
İyunun 10-dan IV sinif şagirdlərinin monitorinqi aparılacaq
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb
Bakıda hərbi sursat tapılıb
Gəncədə axtarışda oldan qadın intihar edib
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
Rəsmi Bakı Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib