logo

Laçın-Xankəndi yolunda  etiraz aksiyasınn 15-ci günü

09:29 26-12-2022 | icon 1190
Laçın-Xankəndi yolunda  etiraz aksiyasınn 15-ci günü

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası 15 gündür davam edir.

 YeniAvropa xəbər verir ki, səhər saatlarında  aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunub. Gənclər  Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları mütəmadi olaraq Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldıraraq şüarlar səsləndirirlər.