logo

ABŞ gələn il Kiyevə 44,9 milyard dollarlıq yardım edəcək

10:10 24-12-2022 | icon 3066
ABŞ gələn il Kiyevə 44,9 milyard dollarlıq yardım edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca 2023-cü maliyyə ili üçün (sentyabrın 30-da başa çatacaq) həcmi 1,7 trilyon dollar olan büdcə layihəsini təsdiqləyib. Layihə Kiyevə yardım üçün 44,9 milyard dollar ayrılmasını nəzərdə tutur.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, sənəd təsdiq üçün kifayət qədər səs toplayıb. Büdcədə nəzərdə tutulan xərclərin ümumi həcmi 2022-ci illə müqayisədə daha çox olacaq. Vəsaitlərin böyük hissəsi - təxminən 858 milyard dolları müdafiəyə yönəldiləcək, təxminən 722 milyard dollar qeyri-müdafiə xərclərinə ayrılıb.