logo

Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri protokol imzalayıb

14:49 19-12-2022 | icon 8561
Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri protokol imzalayıb

Dekabrın 19-da Bakıda Azərbaycan Türkiyə birgə Mədəniyyət Komissiyasının ikinci iclası keçirilib.

YeniAvropa xəbər verir ki, iclasda Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.

Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əks olunur.