logo

Avropa İttifaqı sammiti Xorvatiyanı Şengen zonasına daxil etdi

10:10 16-12-2022 | icon 3556
Avropa İttifaqı sammiti Xorvatiyanı Şengen zonasına daxil etdi

Avropa İttifaqı(Aİ) Şurasının dövlət və hökumət başçıları Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyiblər və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya bunu 2023-cü ildə edəcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen isə deyib ki, Bolqarıstan və Rumıniyanın Şengenə mümkün qədər tez qoşulması üçün qurum  əlindən gələni edəcək.

Xatırladaq ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də keçirilmiş iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları səbəbindən qəbul edilməyib.