Avstraliya ilə Azərbaycan “yaşıl hidrogen” layihələri üzrə müqavilə imzalayıb
Energetika Nazirliyi və Avstraliyanın “Fortescue Future Industries” (FFI) şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələri və “yaşıl hidrogen”in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, Azərbaycanla “Fortescue Future Industries” şirkətinin əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə töhfə verən Çərçivə Müqaviləsinin imzalanma mərasimi onlayn formatda keçirilib.
Müqavilə Azərbaycanda bərpaolunan enerji və “yaşıl hidrogen”in istehsalı üzrə ümumi gücü 12 QVt-dək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, bu müqavilənin strateji əsasını Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir: “Beş Milli Prioritetindən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioriteti qarşıya bu Müqavilə ilə üst-üstə düşən hədəflər qoyur. Həmçinin bu ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən imzalanmış və Azərbaycan ilə Avropa İttifaqı arasında “yaşıl enerji” dəhlizi üçün aydın şəkildə zəmin yaradan Anlaşma Memorandumu xüsusi vurğulanmalıdır”.
Nazir onu da əlavə edib ki, son dövrdə beynəlxalq enerji şirkətləri ilə bərpaolunan enerji üzrə irimiqyaslı istehsal güclərinin yaradılması və “yaşıl enerji”nin ixracı istiqamətində ardıcıl strateji əhəmiyyətli addımlar atılır: “Nəticədə Azərbaycan “yaşıl enerji” ölkəsinə transformasiya olunmaqla bərabər Avropa İttifaqı üçün neft, təbii qazdan sonra bərpaolunan enerji və hidrogeni də təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. “Fortescue Future Industries” şirkəti ilə əməkdaşlığımızın tərəfdaş ölkələrin enerji təhlükəsizliyi və enerji keçidinə töhfə verəcəyinə inanırıq”.
“Fortescue Future Industries” şirkətinin sədri və təsisçisi Endrü Forest deyib: “Bu günə qədər Azərbaycan hökuməti ilə apardığımız müzakirələr son dərəcə müsbət olub və bu Çərçivə Müqaviləsinin bu gün imzalanması mövcud tərəfdaşlıq üçün güclü potensialı bir daha nümayiş etdirir. Biz dünyanın hər yerində iqlim dəyişikliyinin fəlakətli təsirlərini görürük və bilirik ki, “yaşıl hidrogen” bu təsirlərin aradan qaldırılması istiqamətində inqilab etməyə, ağır sənayeni karbonsuzlaşdırmağa və iş yerlərinin yaradılmasına kömək edə biləcək praktik həll yoludur. Azərbaycan tarixən neft və qaz ölkəsi olsa da, Avropa ölkələrinə “yaşıl enerji”nin təchiz edilməsində strateji mövqeyinə görə “yaşıl sənaye” inqilabına qoşulması üçün yaxşı imkanlara malikdir. Bu gün imzalanmış bu Çərçivə Müqaviləsi Azərbaycan hökumətinin 2050-ci ilə qədər ölkənin istixana qazları emissiyalarını 40 faiz azaltmaq kimi iddialı məqsədinə nail olmaq üçün mühüm addımdır”.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir