logo

Bakı-Quba yolunda ağır avtoqəza: 6 nəfər ölüb

11:33 15-12-2022 | icon 7511
Bakı-Quba yolunda ağır avtoqəza: 6 nəfər ölüb

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, yolun 98-ci kilometrliyində “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.

İlkin məlumata görə, “Mercedes Vito”nun sürücüsü və avtomobildə olan daha 5 nəfər ölüb.

Yük avtomobilinin sürücüsü xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Xilasetmə tədbirləri görülür.