"Bakcell" innovasiyaları dəstəkləyir
Bakı Konqres Mərkəzində “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və "Bakcell" şirkətinin baş sponsorluğu ilə 2-ci İllik İnnovasiya Sammiti baş tutub.
YeniAvropa xəbər verir ki, tədbirin əsas məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiyayönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar, startapların təqdimatı və təlimlər baş tutub.
Tədbir çərçivəsində “Telekommunikasiya sənayesinin inkişafı üçün tərəfdaş ekosistemindən istifadə” mövzusunda keçirilən panel müzakirəsində "Bakcell" şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib. O, öz çıxışında Azərbaycanın“Speedtest Qlobal” İndeksində mobil internetin sürətinə görə regional lider olduğunu vurğulayıb: “Bakcell şirkətinin internet sürəti üzrə göstərdiyi nəticələr həmin reytinqdəölkəmizin ümumi mövqeyinə böyük təsir göstərib. "Bakcell" dörd il ardıcıl olaraq Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülüb. Bu isə ölkəmizdə telekommunikasiya sahəsinin inkişafının parlaq nümunəsidir. "Bakcell" insanlara ən keyfiyyətli şəbəkə ilə xidmət göstərməkdən çox məmnundur. Bütün bunlar isə sübut edir ki, ölkədə rəqəmsal xidmətlərin inkişafı üçün müvafiq infrastruktur mövcuddur”.
Qeyd edək ki, "Bakcell" şirkəti artıq ikinci ildir ki “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən İllik İnnovasiya Sammitin baş sponsorudur.
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər