logo

Avropa İttifaqı gələn il Ukraynaya 18 milyard avro ayıracaq

10:01 11-12-2022 | icon 4487
Avropa İttifaqı gələn il Ukraynaya 18 milyard avro ayıracaq

Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro ayrılmasını təsdiqləyib. Sənəd qəbul olunması üçün gələn həftə Avropa Parlamentinə göndəriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Şura Aİ-nin 2023-cü ildə Ukraynaya kredit şəklində 18 milyard avro maliyyə yardımı göstərməsinə imkan verəcək qanunvericilik paketi üzrə razılığa gəlib. Kreditin 10 illik güzəşt müddəti olacaq.