“3+3” platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər
“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər.
YeniAvropa xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bu barədə "TASS" agentliyinə müsahibəsində söhbət açıb.
“Hazırda “3+3” platformasının ikinci iclasının keçirilməsi ilə bağlı təşkilati məqamların dəqiqləşdirilməsi davam edir. Güman edirik ki, həmin iclas yaxın aylarda keçiriləcək. Bütün iştirakçıların əhvalı belə deməyə əsas verir ki, həmin iclasda Gürcüstanın da iştirak etməsi üçün ona dəvət göndərilə bilər”,-deyə diplomat bildirib.
D.Qonçarın sözlərinə görə, Rusiya əmindir ki, iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi mənafeyi üçün “3+3” konsultativ regional platformasına ehtiyac var.
“Xatırladım ki, 2021-ci ilin dekabrında Moskvada keçirilmiş təsis görüşündə əsas diqqəti ümumi maraq doğuran mövzular – ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə məsələləri üzərində cəmləşdirmək qərara alınıb”,-deyə o, qeyd edib.
Diplomat bildirib ki, Rusiya regionun tranzit potensialının tam üzə çıxarılmasına xüsusi əhəmiyyət verir. Nəqliyyat marşrutlarının bərpası buna kömək edəcək.
Departament direktoru bu fikrini izah edərək deyib: “Həm nəqliyyat, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsi üzrə birgə fəaliyyətin perspektivləri böyük maraq doğurur. Belə əməkdaşlıq hərtərəfli regional əlaqələrin nizamlanması yolu ilə regionda etimadın möhkəmlənməsinə şərait yaradacaq, Ermənistan-Azərbaycan və Ermənistan—Türkiyə münasibətlərinin normallaşması proseslərini dəstəkləyən dayaq nöqtələrindən biri olacaq”.
Xatırladaq ki, ötən il dekabrın 10-da Moskvada keçirilən “3+3” formatlı ilk görüşə Gürcüstan qatılmayıb.
Rəsmi Tbilisi görüşdən sonra yaydığı açıqlamada mövqeyini belə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub
Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Paytaxtdakı “Kremlin Hall” şadlıq sarayı havanı çirkləndirir
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
AMEA-da yeni şöbələr yaradılıb
Xankəndidə silah-sursat aşkarlanıb
Azərbaycan nefti 89,33 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb