logo

Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər

09:49 10-12-2022 | icon 4473
Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə gətirib çıxara bilər.

 YeniAvropa xəbər verir ki, Y.Stoltenberq bu ehtimalı Norveçin "NRK" telekanalında yayımlanan “Lindmo” tok-şousunda səsləndirib.

“Qorxuram ki, Ukrayna münaqişəsi nəzarətdən çıxsın və genişlənərək NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Lakin əminəm ki, biz bundan yayına biləcəyik”, - Alyansın baş katibi belə deyib.

Yens Stoltenberq, həmçinin Kiyevə göstərilən yardım mövzusuna toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb: “Müəyyən bir məqamda danışıqların faydası qalmır. Burada çıxış yolu Ukraynaya hərbi dəstəkdir. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər”.