logo

İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir

16:56 09-12-2022 | icon 4053
İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir

İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi diplomatik mənbələrə istinadla məlumat yayıb. 

Mənbənin məlumatına görə, tərəflər “qıcıq” yaradan məsələləri müzakirə edirlər. Başqa sözlə, görüşdə viza problemləri, xarici ölkələrdəki nümayəndəliklərin fəaliyyəti və sair belə məsələlər nəzərdən keçirilir.

Mənbə əlavə edib ki, görüş siyasi kontentdə hər hansı canlanmanın olduğuna dəlalət etmir. ABŞ tərəfi yalnız ikitərəfli məşvərət komissiyası və “qıcıq” doğuran məsələləri müzakirə etmək istəyirlər.