logo

Baş nazir: Azərbaycanda ərzaq 60 % bahalaşıb

13:33 09-12-2022 | icon 6776
Baş nazir: Azərbaycanda ərzaq 60 % bahalaşıb

Qlobal inflyasiya öz təsirini göstərməkdədir. Azərbaycan da inflyasiya təzyiqi ilə üzləşir. İnflyasiya əsasən ərzağın 60 faiz bahalaşmasında özünü büruzə verir.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycanın baş naziri Əli Əsədov Milli Məclisin dekabrın 9-da keçirilən plenar iclasında 2023-cü il üçün dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Baş nazir diqqətə çatdırıb ki, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin artımı da müşahidə olunur. Bu da Rusiya və Ukraynadan idxal edilən 277 adda dərman vasitəsində özünü göstərir.