logo

Paytaxtın 3 rayonunda su kəsilib

11:44 08-12-2022 | icon 1246
Paytaxtın 3 rayonunda su kəsilib

Qaradağ, Səbail və Binəqədi rayonlarında su kəsilib.

“Azərsu” ASC-dən  YeniAvropa-ya bildirilib ki, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.