logo

"AirAstana" Astana-Bakı birbaşa aviareysini bərpa edir

18:28 07-12-2022 | icon 2569
"AirAstana" Astana-Bakı birbaşa aviareysini bərpa edir

"AirAstana"  şirkəti bu ilin dekabrın 25-dən Qazaxıstanın paytaxtı Astanadan Bakıya birbaşa reyslər bərpa edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə  Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi məlumat yayıb.

Hələlik reysin hansı növ təyyarə ilə həyata keçiriləcəyi və həftə ərzində uçuşların sayı açıqlanmayıb.

Qeyd edək ki, "AirAstana" koronavirus infeksiyası(COVID-19)  səbəbindən 2020-ci ilin mart ayından etibarən Astana-Bakı birbaşa aviareysini dayandırılmışdı. O vaxtadək Almatı, Aktau və Astana istiqamətində uçuşlar həyata keçirilirdi. Qazaxıstanın "SCAT Airlines" şirkəti Aktaudan Bakıya hər gün, "AirAstana" aviaşirkəti isə Astanadan və Almatıdan Bakıya həftədə iki dəfə uçuşlar yerinə yetirirdi.

Artıq 2021-ci ilin noyabrın 7-dən "AirAstana" aviaşirkəti Almatı-Bakı-Almatı marşrutu üzrə uçuşlara başlayıb. Uçuşlar cümə axşamı və bazar günləri həyata keçirilir. Qiymətlər 400 ABŞ dollardan başlayır.