logo

Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq-NATO-nun baş katibi

13:53 07-12-2022 | icon 3500
Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq-NATO-nun baş katibi

“Rusiya ilə uzunmüddətli gərginliyə hazır olmalıyıq”.

YeniAvropa  “RBK Ukraina”ya istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, hətta Ukraynadakı savaşın başa çatması Rusiya ilə NATO arasında münasibətlərin avtomatik normallaşması kimi başa düşülməməlidir: “Ukraynada müharibəni diplomatiya yolu ilə bitirmək üçün hələ də heç bir şərait yoxdur. Çünki Rusiya danışıqlar deyil, yazda yeni hücuma hazırlaşmaq üçün münaqişənin dondurulmasını istəyir”.