logo

Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 52 nəfər saxlanılıb

13:33 07-12-2022 | icon 2555
Almaniyada dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 52 nəfər saxlanılıb

Almaniyanın hüquq-mühafizə orqanları dövlət çevrilişi hazırlamaq şübhəsi ilə 25 nəfəri nəzarət altına alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Almaniya Baş prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, saxlanılan şəxslərdən 22-si terror təşkilatı yaratmaqda, aralarında Rusiya vətəndaşının da olduğu üç nəfər isə onları dəstəkləməkdə ittiham olunur. Hazırda sağ radikallara məxsus 130 müxtəlif ev və mənzildə axtarış aparılır, həmçinin daha 27 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Həbslər Baden-Vürtemberq, Bavariya, Berlin, Hessen, Saksoniya, Aşağı Saksoniya, Türingiya federal əyalətlərində, həmçinin Avstriyanın Kitsbüel və İtaliyanın Peruca şəhərlərində həyata keçirilib.

Baş prokurorluq şübhəlilərin oxşar hökumət strukturları və hərbi qanadı olan şura yaratdığını, həmçinin sıralarına Bundesver və polis əməkdaşları arasından yeni tərəfdarlar cəlb etməyə çalışdığını bildirib. Onlar, eyni zamanda, dövlət çevrilişi cəhdi zamanı Bundestaqa hücum etməyi də planlaşdırıblar.