logo

Baş nazir Əli Əsədov Dağıstan Respublikasının rəhbəri ilə görüşüb

18:18 06-12-2022 | icon 1218
Baş nazir Əli Əsədov Dağıstan Respublikasının rəhbəri ilə görüşüb

Baş nazir Əli Əsədov dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.

Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.