Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyi Moskvada konfransla qeyd ediləcək
Moskvada Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş XVIII beynəlxalq müsəlman forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə təmsil edəcək.
Dekabrın 8-9-da “Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri” mövzusunda təşkil olunacaq forumun qonaqları və iştirakçıları dünyanın 30 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İraq, İran, Qazaxıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistandan dini liderlər, akademik icmanın nümayəndələri, yüksəkvəzifəli siyasi və ictimai xadimlər olacaq.
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Beynəlxalq Müsəlman Forumunun Baş katibi müfti şeyx Ravil Qaynutdin ölkədə federal səviyyədə keçirilən yubileyə yekun vuracaq.
Forum çərçivəsində “Dini dialoq dinlərarası və mədəniyyətlərarası həmrəyliyin zəruri inkişaf amili kimi” mövzusunda “Qasprinski qiraəti” V beynəlxalq elmi-praktik konfransı, “Mötədillik və ədalətin İbrahim surəsinin şərhi kontekstində sivilizasiyalı plüralizmə haqq qazandırılması” mövzusunda dəyirmi masa, “Mədinə” nəşrlər evinin 15 illiyi şərəfinə nəşriyyatın kitab və layihələrinin təqdimatı keçiriləcək.
Dekabrın 9-da Rusiyanın Müasir Tarixi Mərkəzi Dövlət Muzeyində tarixin əsas mərhələlərini, Rusiya müsəlmanlığının ən böyük hadisələri və şəxsiyyətlərini əks etdirən “İslam bağları. Əsrlərdən keçən inam işığı” adlı sərginin açılışı olacaq.
Forumun qonaqları və iştirakçıları uğurlu cümə günündə cümə namazında iştirak etmək üçün Moskva Cümə Məscidini ziyarət edəcəklər.
Forumun təşkilatçıları - “Beynəlxalq Müsəlman Forumu” beynəlxalq ictimai təşkilatı və Rusiya Müsəlmanları Ruhani İdarəsi, həmtəşkilatçıları isə Türkiyənin Dini İşlər İdarəsi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Dünya Müsəlman İcmaları Şurasıdır.
Laçın-Xankəndi yolundan bu gün 48 avtomobil maneəsiz keçib
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb
Qubada ağır avtoqəza: ölən və yaralanan var
Sabahdan Rusiyanın neft məhsullarının Avropa İttifaqına ixracına qadağa qoyulur
Ukrayna 116 hərbçisini əsirlikdən qaytarıb
Bu gün 433 doza vaksin vurulub
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sinoptiklərdən xəbərdarlıq:Dağlıq rayonlarda yollar buz bağlayacaq
İlham Əliyev deputat Anatoliy Rafailova “Şöhrət” ordeni verib
Sabah Bakıda 9° isti olacaq
Dövlət sərhədini pozan 2 İki Əfqanıstan vətəndaşı saxlanılıb
Rusiya və Belarus idmançıları Paris Olimpiyadasına buraxılmayacaqlar?
Milli Məclisin Aparatı vakant vəzifələrə müsabiqə elan edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cüdoçularımız Paris“Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 55-ci günü
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək