logo

Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

12:52 06-12-2022 | icon 9044
Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək

Dekabrın 10-11-də  Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, qardaş ölkənin səfirliyinin dəstəyi ilə təşkil olunacaq nümayişlərdə tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.

Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.

Hər iki film ingilis subtitrları ilə rus dilində nümayiş olunacaq.

Giriş sərbəstdir.