“Tərtər işi”ndən 19 nəfər azadlığa buraxılıb, 10 nəfər bəraət alıb
“Tərtər işi” ilə bağlı 19 şəxs azadlığa buraxılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunda yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.
Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Əlavə istintaq zamanı cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılıb və qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi), o cümlədən onlardan 10 şəxs barəsində digər epizodlar (hərbi xidmət əleyhinə olan cinayətlər və s.) üzrə olan cinayət təqibinə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib və barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə azadlığa buraxılıblar.
Eyni zamanda, istintaqla mərhum Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onların təqsirlilikləri sübuta yetirilmədiyindən barələrindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsi) xitam verilməsi haqqında qərarlar qəbul edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə istintaq davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Laçın-Xankəndi yolundan bu gün 48 avtomobil maneəsiz keçib
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb
Qubada ağır avtoqəza: ölən və yaralanan var
Sabahdan Rusiyanın neft məhsullarının Avropa İttifaqına ixracına qadağa qoyulur
Ukrayna 116 hərbçisini əsirlikdən qaytarıb
Bu gün 433 doza vaksin vurulub
Azərbaycanda daha 22 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sinoptiklərdən xəbərdarlıq:Dağlıq rayonlarda yollar buz bağlayacaq
İlham Əliyev deputat Anatoliy Rafailova “Şöhrət” ordeni verib
Sabah Bakıda 9° isti olacaq
Dövlət sərhədini pozan 2 İki Əfqanıstan vətəndaşı saxlanılıb
Rusiya və Belarus idmançıları Paris Olimpiyadasına buraxılmayacaqlar?
Milli Məclisin Aparatı vakant vəzifələrə müsabiqə elan edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cüdoçularımız Paris“Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 55-ci günü
İrandakı səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif olunub
Narkotika daşıyan kuryer şirkətinin əməkdaşları saxlanılıblar
Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşüblər
Azərbaycandan Rumıniyaya 1 milyard m3 qaz nəqlinə dair Saziş imzalanıb
Azərbaycanın Aİ-nin bərpaolunan enerji ixracatçısına çevrilmək potensialı var
Avropa İttifaqı Azərbaycanla çox yaxşı əməkdaşlıq edir
Soçidə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək