logo

“Oba” marketdən pul seyfini oğurladılar-yaxalandılar

09:59 06-12-2022 | icon 1043
“Oba” marketdən pul seyfini oğurladılar-yaxalandılar

Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, həmin şəxslər rayon ərazisindəki "Oba" marketdən içərisində 2 min manat pul olan seyfi, müxtəlif növ siqaretləri və spirtli içkiləri oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.